Azərbaycan kulinariyası
Düyü - 40q 
yumurta - 1əd.
ərinmiş yağ - 30q
lavaşana - 10q
buğda unu - 15q
göyərti (ispanaq, balva) - 100q
göy soğan - 15q
istiot
duz
Düyü 30 dəqiqə bişirilir, üzərinə xırda doğranmış göyərti, suda çalınmış un, hazır olana yaxın isə yağ, isladılmış lavaşana,
duz, istiot və yumurta çalıntısı əlavə edilir.

yumurta - 1əd.
ərinmiş yağ - 30q
lavaşana - 10q
buğda unu - 15q
göyərti (ispanaq, balva) - 100q
göy soğan - 15q
istiot
duz
Düyü 30 dəqiqə bişirilir, üzərinə xırda doğranmış göyərti, suda çalınmış un, hazır olana yaxın isə yağ, isladılmış lavaşana,
duz, istiot və yumurta çalıntısı əlavə edilir.
Balıq - 200q noxud – 20q
düyü – 15q
alça – 10q
kartof – 150q
baş soğan – 20q
zəfəran – 0,05q
istiot
duz
Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışıdırılır.
Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır. Balığın yeyilməyən hissəsindən
hazırlanmış bulyon süzülür, əvvəlcədən isdadılmış noxud yarımhazır olunca bişirilir. Sonra ardıcıllıqla balıq ətindən
hazırlanmış küftələr, kartov, xırda doğranmış soğan əlavə edilir, zəfəran şirəsi vurulub hazır olunca bişirilir.
Qoyun əti – 217 q quyruq – 25 q
baş soğan – 30 q
un – 80 q
şərab sirkəsi və ya abqora – 10 q
sarımsaq – 2 q
keşniş – 15 q
istiot – 0,1 q
duz
Qoyun əti, quyruq və soğandan qiymə hazılanır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm
ölçüdə dairələr kəsilir. Xəmir dairələrin içərisinə çiy qiymə qoyulub tikişi yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür.
Hazırlanmış gürzə suda və ya bulyonda bişirilir. Süfrəyə bulyonu ilə birlikdə verildikdə üstünə keşniş səpilir, yanına
sarımsaqlı sirkə qoyulur.
Un – 50q ərinmiş yağ – 20q
yumurta – 1əd.
baş soğan – 18q
nanə qurusu- 1q
zəfəran – 0,1q
duz
Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu4 zaman xırda xəmir qırıntıları alınır. Yağda
qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib artıq undan azad edilir və qaynar bulyona tökülərək
arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca əfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Qoyun əti – 163q quyruq – 20q
baş soğan – 72q
kartof - 100q
şabalıd – 30q
təzə alça – 20q və ya quru alça – 10q
keşniş – 10q
zəfəran – 0,1q
istiot
duz
Qoyun əti 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qızardılır. Bulyon əlavə edilib bişirilir. Hazır olana
30 dəqiqə qalmış kartov, təmizlənmiş şabalıd, alça qatılıb bişirilir. Süfrəyə verdikdə zəfəran şirəsi və göyərti əlavə edilir.
Yay vaxtı zəfəran və alça əvəzinə 50 q qərmızı pomidor götürülür.


